Gələn il AMEA-nın magistraturasına 63 plan yeri ayrılıb

Gələn il AMEA-nın magistraturasına 63 plan yeri ayrılıb
17:34 9 Dekabr 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə 2016-2017-ci tədris ili üçün qəbul planı təsdiq edilib.

 

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Akademiyanın elmi bölmələri və elmi müəssisələrinin təkliflərini nəzərə alaraq AMEA-nın magistraturasına 2016-2017-ci tədris ili üçün qəbul planının layihəsi hazırlanıb. Layihədə 15 ixtisas və 39 ixtisaslaşması üzrə 63 yer nəzərdə tutulub.

AMEA Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında qəbul planının layihəsi müzakirə olunaraq bir sıra qərarlar qəbul edilib. Belə ki, Akademiyanın magistraturasına 2016-2017-ci tədris ili üçün qəbul planı təsdiq edilib.

İclasda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə tapşırılıb ki, AMEA-nın magistraturasına 2016-2017-ci tədris ili üçün qəbul planı müəyyən olunmuş qaydada təsdiq olunmaq üçün AR Nazirlər Kabinetinə təqdim edilsin.

Qeyd edək ki, AMEA-da ali təhsilin magistratura pilləsinə qəbul 2015-ci ilin fevral ayından etibarən aparılmağa başlanılıb. Akademiyanın magistraturasına 2015-2016-cı tədris ili üçün 9 ixtisas üzrə 19 nəfər qəbul olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR