Ukraynada iki Azərbaycan vətəndaşı həbs cəzasına məhkum edilib

Ukraynada iki Azərbaycan vətəndaşı həbs cəzasına məhkum edilib
17:37 9 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Kiyev şəhər Obolon rayon məhkəməsi Maydan iştirakçılarına qarşı cinayətə görə iki Azərbaycan vətəndaşını həbs cəzasına məhkum edib.
"Report" Ukrayna Baş Prokurorluğunun rəsmi saytına istinadən xəbər verir ki, məhkəmə onları bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq, bədən xəsarətləri yetirmək, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zorakılıq, adam oğurluğu, zərəçəkənə fiziki əzab vermək və ölümlə hədələmə maddələri üzrə təqsirkar bilib.
Nəticədə həbs edilənlərdən birinə 4 il iş verilib, digəri 3 ili sınaq müddəti olmaqla, 4 il azadlıqdan məhrumetmə cəzası alıb.
Baş Prokurorluğun məlumatına görə, bu şəxslərin 2014-cü ilin yanvarında bir qrup cinayətkar dəstənin tərkibində vətəndaşa hücum etmələri, ona bədən xəsarətləri yetirmələri və bundan sonra onun şəxsi əmlakına sahib çıxmaları müəyyənləşib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR