Qadın güləşçilərimiz açıq Rusiya Kubokunda

Qadın güləşçilərimiz açıq Rusiya Kubokunda
17:38 9 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 10-11-də Çuvaş Respublikasının paytaxtı Çeboksari şəhərində Çuvaş Respublikasının başçısının mükafatı uğrunda qadın güləşi üzrə açıq Rusiya Kuboku yarışları keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançıların iştirakı gözlənilir.

Rusiya Kuboku yarışlarında 8 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Ölkəmizi turnirdə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (58 kq) təmsil edəcək.

Turnirin ümumi mükafat fondu 120 min dollardır.

Proqrama əsasən, dekabrın 10-da bütün çəki dərəcələrində ilkin və təsəlliverici görüşlər, dekabrın 11-də isə final görüşləri keçiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR