"Barselona"nın hücumçusu Çempionlar Liqası matçını buraxacaq

"Barselona"nın hücumçusu Çempionlar Liqası matçını buraxacaq
17:42 9 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsində son turun Almaniya "Bayer"i ilə qarşılaşmasını buraxmalı olacaq. "Report"un Kataloniya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumatına görə, braziliyalı hücumçu son məşqdə əzələsindən yüngül zədə alıb. 
23 yaşlı forvard komandasının dekabrın 12-də La Liqada "Deportivo"ya qarşı keçirəcəyi XV tur matçına çıxa biləcək. 
Qeyd edək ki, bu gün baş tutacaq "Bayer" - "Barselona" matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Artıq Kataloniya komandası "pley-off"a vəsiqəni təmin edib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/barselona-nin-hucumcusu-cempionlar-liqasi-neymar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR