Boks üzrə Azərbaycan millisi təlim-məşq toplanışına start verib

Boks üzrə Azərbaycan millisi təlim-məşq toplanışına start verib
17:53 9 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC 
2015-ci il dünya çempionatını uğurla başa vuran boks üzrə Azərbaycan milli komandası bir müddətlik fasilədən sonra yenidən təlim-məşq toplanışına start verib.
AZƏRTAC xəbər verir ki, Dohada keçirilən dünya çempionatında uğur qazanan idmançılarımız Azərbaycan Boks Mərkəzində qarşıdan gələn 2016-cı il Rio-de-Janeiro Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirirlər. Lisenziya xarakterli turnirlərə hazırlaşan təmsilçilərimiz məşqçilərin tapşırıqlarına əsasən, həm fiziki, həm də texniki prosesləri yerinə yetirirlər. Komandamızın heyətində Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev, Tayfur Əliyev (hər ikisi 56 kq), Albert Səlimov, Elvin İsayev (hər ikisi 60 kq), Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq) və Abdulkadir Abdullayev (91 kq) məşqlərini davam etdirirlər. Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov isə artıq zədəsini sağaltmaq üzrədir.
Komandanın böyük məşqçisi Nəriman Abdullayev həm hazırlıq prosesi barədə, həm də qarşıdakı yarışlarla bağlı fikirlərini bildirib. Qeyd edib ki, komandamız gərgin və uğurlarla keçən ili geridə qoymaq üzrədir. Bu il idmançılarımız həm Avropa Oyunlarında, həm dünya çempionatında inamlı çıxış edərək tarixi nəticələr qazanıblar. Qarşıda bizi Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər gözləyir. Bu yarışlar üçün hazırlıq prosesimizi davam etdiririk. Biz gücümüzü ortaya qoyub Rioda keçiriəcək Olimpiya Oyunlarına maksimum – 10 lisenziya ilə yollanmaq istəyirik.
Qeyd edək ki, dekabrın 10-dan etibarən boks üzrə Mərakeş milli komandası paytaxtımızda idmançılarımızla birlikdə təlim-məşq toplanışına başlayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boks_uzre_Azerbaycan_millisi_telim_mesq_toplanisina_start_verib-909736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR