"Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir

Premyer liqanın XVI turunun hazırlığını davam etdirən “Xəzər Lənkəran” məşqlərini Lənkərandakı bazasında keçirir.

Təqvim dəyişikliyi ilə əlaqədar növbəti turun AZAL ilə səfər matçını dekabrın 13-də keçirəcək XL gündə bir dəfə olmaqla hazırlığı Lənkəranda keçirib dekabrın 12-də paytaxta yola düşəcək. Zədəli futbolçulardan İlyas Səfərzadə, Kazım KazımlıElnur Cəfərovun müalicəsi klubun tibbi korpusunun nəzarəti altında davam etdirilir. Cəzalı duruma düşən İlyas Səfərzadə komandaya bu matçda kömək edə bilməsə də, cəzasi bitən Elşən Rzazadə AZAL ilə matçda heyətdə öz yerini tuta biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR