Heydər Əliyev Mərkəzində ümummilli liderə həsr olunan elmi-praktik seminar keçirilib - FOTO

Heydər Əliyev Mərkəzində ümummilli liderə həsr olunan elmi-praktik seminar keçirilib - FOTO
18:17 9 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 9-da Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində növbəti elmi-praktik seminar keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə əvvəlcə "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu öndərin anım günü ərəfəsində keçirilən budəfəki seminarın mövzusu "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" olub.

Mərkəzin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyevaya bildirib ki, artıq bu seminarlar ənənəvi olaraq keçirilir. "Heydər Əliyev irsi: elmi-praktiki seminarlar" layihəsi çərçivəsində bu günədək "Müasir Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti," "Heydər Əliyev və Azərbaycan elmi", "Heydər Əliyev və Azərbaycan dili", "Heydər Əliyev və Azərbaycan dövlət idarəetmə modeli" mövzularında məruzələr dinlənilib. Seminarlardakı məruzələri ümummilli lider Heydər Əliyevi yaxından tanıyan, onunla birlikdə işləmiş şəxslər, tanınmış elm və ictimai xadimlər təqdim edirlər. Çıxışlar, dinlənilən müxtəlif xatirələr ulu öndər Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsinin öyrənilməsi və yeni nəslə ötürülməsinə geniş imkan yaradır.

Qeyd edilib ki, Heydər Əliyev gənc yaşlarından ədəbiyyata bağlı olub, həm Azərbaycan, həm də digər xalqların şair və yazıçılarının yaradıcılığına böyük maraq göstərib. Dahi şəxsiyyət gənclik illərində Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, həmçinin türk ədəbiyyatından Tevfiq Fikrətin, rus ədəbiyyatından Aleksandr Puşkinin və digərlərinin əsərlərini dönə-dönə oxuyub. Ədəbiyyata maraq, diqqət, qayğı Heydər Əliyevin fəaliyyətinin bütün dövrləri üçün xas olub.

Elmi-praktik seminarda çıxış edən Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb. Baş nazirin müavini bildirib ki, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Ümummilli Lider bütün sahələrlə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafına da xüsusi diqqət və qayğı göstərirdi. Ulu öndərin şair və yazıçılara olan diqqətindən danışan Elçin Əfəndiyev hələ sovet dövründə bu dəstəyin şahidi olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyev hər zaman şair və yazıçıların sağlamlığı, onların müalicəsi, ev şəraiti və bu kimi digər məsələlərə qayğı ilə yanaşıb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatına bələdliliyi yalnız Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəmlə əlaqədar deyildi. Ümummilli lider, eyni zamanda, klassik ədəbiyyatı dərindən bilirdi.

Baş nazirin müavini vurğulayıb ki, ulu öndər Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin yüksək səviyyədə qeyd olunması barədə müdrik qərarı ilə Azərbaycanı türk dünyasının mədəniyyət mərkəzinə çevirdi. Bu yubileyin Azərbaycanda keçirilməsi yalnız ictimai, ədəbi hadisə deyildi. Bu, eyni zamanda, böyük siyasi hadisə idi.

Bildirilib ki, Azərbaycanın maraqlarını həmişə yüksək səviyyədə qoruyan ulu öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə ölkəmizin sürətli inkişafına nail olub. Ümummilli Liderin ruhu şaddır ki, onun siyasi kursu bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünya birliyində özünə layiqli yer tutub və bu mövqeni qoruyub saxlayır.

Elçin Əfəndiyev ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısında misilsiz xidmətlərinə dair sənədli əsər yazmaq niyyətində olduğunu bildirib.

Seminarda iştirakçıların sualları cavablandırılıb.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Milli.Az


















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

25 Sentyabr 2017 06:33

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

25 Sentyabr 2017 05:33

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09