“Azərreyl”-“Dinamo Kazan” voleybol görüşü başlayıb

18:18 9 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu Çempionlar Liqası yarışlarında növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, “Azərreyl” komandası turnirin dördüncü turu çərçivəsində Azərbaycan Voleybol Mərkəzində Rusiyanın “Dinamo Kazan” klubunu qəbul edir.
Qeyd edək ki, “Azərreyl” komandası doğma meydanda keçirdiyi oyunlarda “Alyants Ştutqart”a 3:0 hesabı ilə qalib gəlsə də, Bakının “Lokomotiv” klubuna 1:3 hesabı ilə uduzub. “Azərreyl” səfərdə “Dinamo Kazan”a 0:3 hesabı ilə məğlub olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerreyl_Dinamo_Kazan_voleybol_gorusu_baslayib-909747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR