Azercell “Hədsiz” tarif paketində yenilik edib

Azercell “Hədsiz” tarif paketində yenilik edib
18:27 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Ölkənin lider mobil operatoru - "Azercell" Yeni il ərəfəsində “Hədsiz” tarifinin istifadəçiləri üçün internet paketlərində yenilik təqdim edir. Şirkətdən "Report"a bildirilib ki, yeniliyə əsasən, “Hədsiz” paketindən istifadə edən abunəçilər bundan sonra xüsusi təkrarlanmayan İnternet paketləri sifariş edə biləcəklər. Yenilikdən yararlanmaq üçün abunəçinin 2525-ə müvafiq açar sözünü göndərməsi kifayətdir.
İnternetin həcmi Açar sözü Qiymət (ƏDV daxil) 50 MB 50x 0.80 AZN 500 MB 500x 2.40 AZN 1 GB 1000x 4 AZN 5 GB 5000x 8 AZN 10 GB 10000x 12 AZN 50 GB 50000x 24 AZN
Bununla yanaşı, “Hədsiz” tarif paketi istifadəçiləri təkrarlanan “Limitsiz” paketini mövcud olan qaydalara uyğun olaraq ala bilərlər. Tarif paketi çərçivəsində verilən internet balansı bitdikdə hər əlavə 1MB İnternetin həcminə 0.07 manat (ƏDV daxil) tarifikasiya tədbiq ediləcək. Əlavə paketlərin istifadə müddəti 30 gündür və onlar yenilənmir. Bu müddət bitdikdə istifadə edilməmiş balans sıfırlanır. Təkrarlanmayan Aylıq İnternet paketlərindən imtina etmək üçün abunə 2525-ə “STOPX” göndərməlidir. Abunəçilər hər faktura dövrü ərzində müəyyən edilmiş tarixlərdə tarif çərçivəsində verilən internet balansın cari balansını əks etdirən məlumat xarakterli SMS də alacaqlar.
Məlumat üçün bildirək ki, abunəçilər "Hədsiz" tarif paketinə qoşulmaq üçün "Azercell" Müştəri xidmətlərinə müraciət edə və ya diler dükanlarından yeni fakturalı xətt nömrəsi ala bilərlər. Şirkət şəbəkəsində fiziki şəxs statusuna malik olan Fakturalı xətt abunəçilər bu tarifə qoşulduqda abunə haqqı müqabilində verilən xidmətlərdən qoşulma günündən sonra növbəti gündən etibarən faydalana bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azercell-hedsiz-tarif-paketinde-yenilik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR