Masallı-Yardımlı avtomobil yolunda torpaq sürüşməsi baş verib

Masallı-Yardımlı avtomobil yolunda torpaq sürüşməsi baş verib
18:33 9 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Masallı, 9 dekabr, Bağır Əliyev, AZƏRTAC
Cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində Masallı-Yardımlı avtomobil yolunun 16-17-ci kilometrliklərində torpaq sürüşməsi baş verib.
AZƏRTAC xəbər verir ki, Masallı rayon 22 və Yardımlı rayon 23 nömrəli yol istismarı idarələrinin ağır texnikasının və canlı qüvvəsinin köməyi ilə yolda avtomobillərin hərəkəti bərpa olunub.
Hazırda hər iki qurumun birgə səyləri ilə qəza baş verən yola paralel olaraq 400 metrlik yeni yol çəkilir.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masalli_Yardimli_avtomobil_yolunda_torpaq_surusmesi_bas_verib-909753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR