Almaniyanın “SAP SE” şirkəti Azərbaycanda nümayəndəliyini açacaq

Almaniyanın “SAP SE” şirkəti Azərbaycanda nümayəndəliyini açacaq
18:43 9 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dünyanın aparıcı informasiya texnologiyaları şirkətlərindən biri olan Almaniyanın “SAP SE” şirkəti gələn ilin fevral ayında Azərbaycanda rəsmi nümayəndəliyini açacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə nümayəndəliyinin açılması ilə şirkət yerli bazarda iştirakını genişləndirmək niyyətindədir.
"SAP SE" korporativ sektor üçün nəzərdə tutulmuş proqram təminatı və servislər tərtibatçısıdır. Şirkətin dünyanın 130-dan yuxarı ölkəsində nümayəndəlikləri mövcuddur. Şirkət biznesin idarəetməsi əlavələri, məlumat bazalarının və texnologiyaların idarəetməsi, mobil, bulud texnologiyaları, biznes proseslərin təhlili kimi geniş çeşidli xidmətlər və məhsullar təqdim edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniyanin_SAP_SE_sirketi_Azerbaycanda_numayendeliyini_achacaq-909767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR