​Nardaran Ağsaqqallar Şurasının sədri sərbəst buraxılıb

19:07 9 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

N.Kərimov Nardaran hadisələri ilə bağlı şahid qismində Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Qeyd edək ki, AzərbaycanDaxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar törətməyi planlaşdıraraq din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə DİN-ə daxil olmuş məlumat əsasında noyabrın 26-da Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib.
Əməliyyat zamanı silahlı insident baş verib. Nəticədə ikisi polis əməkdaşı olmaqla, 6 nəfər ölüb. Bir nəfər isə Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraqDaxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR