Həlak olan neftçilər Gürcüstanda yad edildi - fotolar

Həlak olan neftçilər Gürcüstanda yad edildi - fotolar
19:26 9 Dekabr 2015
33 Şou
Ölkə mətbuatı
A- A+

Gürcüstanda yaşayan soydaşlarımız, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr Xəzər dənizində baş vermiş faciədə həlak olan neftçilərin xatirəsini anıblar.
 
Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, SOCAR-ın Gürcüstan nümayəndəliyinin ofisi qarşısına toplaşan gənclər “Günəşli” yatağının 10-cu platformasında yaşanan faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva dekabrın 4-də baş verən faciə ilə bağlı Gürcüstandakı soydaşlarımız adından həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, xəsarət alan neftçilərə isə şəfa arzulayıb.

Əllərində Azərbaycan bayrağı, "Başın sağ olsun, Azərbaycan!", “Azərbaycan üçün dua et!” şüarları tutan tələbələr SOCAR-ın binası önünə qərənfillər düzüblər.

Qeyd edək ki, Azərbaycandakı matəm günündə Gürcüstan ərazisində fəaliyyət göstərən SOCAR-ın bütün yanacaqdoldurma və qazpaylama məntəqələrində Azərbaycan bayrağı yarıya qədər endirilib.





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR