Məşhur aparıcıya xəyanət ittihamı

Məşhur aparıcıya xəyanət ittihamı
19:26 9 Dekabr 2015
748 İdman
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Mətanət Əliverdiyeva verilişlərdən birində qonaq olaraq şəxsi həyatından danışıb.

Şəxsi həyatından danışan teleaparıcı ikinci həyat yoldaşından da ayrıldığını bildirib.

Onun sözlərinə görə, ikinci dəfə ailə həyatı tənəzzülə uğrayıb.

“Efirdə olan aparıcı xanımı başa düşmək lazımdır. Sevgi öləndə o ailəni davam etdirmək lazım deyil. Həyatı güclü sevgidə görürəm. Uşaq ailəni saxlamır. Mən dözümlü qadınam, məni Allah saxlayır. Mən teleaparıcı olmasaydım, gedib başqasının qabını da yuyardım. Bilərdim ki, çörək pulumu alın tərimlə qazanıram”, -deyə aparıcı qeyd edib.

Verilişindən sonra aparıcının bir müddət əvvəl ayrıldığı ikinci həyat yoldaşı mətbuata açıqlama verərək onu xəyanətdə ittiham edib.
“axşam.az”ın müxbiri ilə söhbətində adının tam açıqlanmasını istəməyən M. aparıcı ilə heç vaxt rəsmi nikahda olmadığını bildirib:

“Mənim birinci ailəm, övladlarım var. Biz Mətanətlə vətəndaş nikahında yaşamışıq. 15 ildir birlikdəyik, 7 yaşında bir övladımız da var. Mənim əsas ailəmin olmasından Mətanətin xəbəri var idi. Ayrılmağımıza səbəb isə onun mənə xəyanəti olub. Mətanət Əliverdiyeva mənə xəyanət edib. Telefonunda başqası ilə sevgi mesajlaşmalarını görmüşəm. Özündən 14 yaş kiçik jurnalistlə... Özünə deyəndə isə cavabı “Sən mənə lazımi qədər vaxt ayırmadın” olub. Hazırda telefonu və mesajları mənim əlimdədir. Yazışdığı şəxsi də tanıyıram. Çox sözləri danışa bilmirəm. Övladımın anasıdır. Mən heç vaxt ona xəyanət etməmişəm. Hər kişinin həyatında ikinci xanım ola bilər. Sevgimi onda tapdım.

Hərbiçi olmuşam, ciddi insanam. Mən heç nəyi yalan danışmıram. Mən hərbidə olanda bir gün onu nəzarətdən kənarda saxlamamışam. Onun heç bir çətinliyi olmayıb. Bu hadisə mənim üçün çox çətindir. Dünən gedən verilişdə canlı efirə qoşulmaq istədim, zəng vurdum, efirə bağlamadılar".


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR