Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
19:28 9 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirən səfir ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR