Futzal üzrə Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb

Futzal üzrə Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb
19:33 9 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan futzal üzrə Belarus millisinin heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Vladimir İqnatikin rəhbərliyi altında qapıçılar - Andrey Çurilin, Andrey Qolovnev, meydan oyunçuları - Aleksandr Olşevski, Sergey Silivonçik, Vadim Luşkovski, Ruslan Lazyuk, Aleksey Popov, Pavel Lihaç, Sergey Podalinski, Dmitri Los, Yuri Aleynikov, Sergey Şostak, Aleksandr Çernik və Yevgeni Çerneyko mübarizə aparacaqlar.
Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu dekabrın 10-da İsveç yığmasına qarşı keçirəcək. Bir gün sonra millimiz Belarus, dekabrın 13-də isə Xorvatiya futzalçıları ilə qarşılaşacaq. Bütün oyunlar Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Qradski VRT idman kompleksində keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futzal_uzre_Azerbaycan_millisinin_reqibi_heyetini_achiqlayib-909807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR