İtənlər tapılmayıb, yanğın sönməyib - SON VƏZİYYƏT

İtənlər tapılmayıb, yanğın sönməyib - SON VƏZİYYƏT
20:27 9 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

"Saat 20:00-a olan məlumata görə, "Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşən neftçilərin axtarışları davam edir, lakin təəssüflər olsun ki, yeni nəticə əldə olunmayıb".

Trend-in məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

X.Məmmədov bildirib ki, əlverişsiz hava şəraiti, sərt dəniz havası, külək, dalğa xilasetmə tədbirlərini gecikdirir və axtarışları çətinləşdirib.

O əlavə edib ki, hazırda yanğının söndürülməsi işləri də davam etdirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR