Fizika İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Fizika İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
20:28 9 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov görkəmli dövlət xadimi, tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən danışıb.
Bildirilib ki, Heydər Əliyev siyasəti bu gün də uğurla davam etdirilir.
İnstitut direktorunun elmi işlər üzrə müavini, akademik Cavad Abdinov ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının inkişafında danılmaz xidmətlərindən söz açıb.
Diqqətə çatdırılıb ki, dahi şəxsiyyət Heydər Əliyev respublika rəhbərliyinə qayıdışından sonra ilk görüşünü məhz akademiyada keçirib.
Tədbirdə akademik Bahadur Tağıyev və Maqsud Əliyev dahi rəhbər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova qeyd edib ki, Ulu Öndər həm də gözəl natiq olub. Gənclərimiz ondan daima örnək götürməli, dövlətimizi və dövlətçiliyimizi qorumalıdırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fizika_Institutunda_umummilli_lider_Heyder_Aliyevin_xatiresi_anilib-909829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR