"Azneft": İtkin düşmüş hər bir neftçi tapılana kimi axtarışlar davam edəcək

20:32 9 Dekabr 2015
56 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov operativ qərargahda keçirilən brifinqdə bildirib. 
O qeyd edib ki, axtarışla başlı FHN-nin hər gün 4 helikopetri, Sərhəd Qoşunlarının helikopetrləri və SOCAR-ın gəmiləri bu işlərə cəlb olunub. Onun sözlərinə görə, ehtimal olunan bütün istiqamətlərdə axtarışlar aparılır" İtkin düşmüş hər bir neftçi tapılana kimi axtarışlar davam edəcək. Hazırda "Günəşli" yatağında 10 saylı dərin dəniz özülündə baş verən yanğının söndürülməsi istiqamətində 5 yanğınsöndürən gəmi çalışır. "Yanan quyuları ram edərək 4 qaz quyusunun söndürülməsi ilə məşğuluq. Hazırda yanğınsöndürən gəmilər oradadır. Texniki tədbirlər aparılır ki, ilk növbədə özülü su ilə təmin edək". 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azneft-i-tkin-dusmus-her-bir-neftci-tapilana-kimi-axtarislar-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR