Ürfan Abbasov: "Baş məşqçimizdən şans gözləyəcəm"

Ürfan Abbasov: "Baş məşqçimizdən şans gözləyəcəm"
20:42 9 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" qrup mərhələsinin sonuncu matçında "Krasnodar"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, qarşılaşmdan öncə təşkil olunan mətbuat konfransında çıxış edən "qırmızı-qaralar"ın müdafiəçisi Ürfan Abbasov Kuban təmsilçisi ilə keçiriləcək oyun haqda fikirlərini açıqlayıb.

Gənc futbolçu ruslarla oyunda baş məşqçidən şans gözləyəcəyini bildirib: "Hələlik sabahkı qarşılaşmada kimin meydanda olacağı bəlli deyil. Buna baxmayaraq, özümü oyuna hazır hiss edirəm. Baş məşqçimizdən şans gözləyəcəm. Rəqibə gəldikdə isə, onu qeyd etmək istərdim ki, "Krasnodar" əks-hücumlara yaxşı çıxır. Bunun üçün müdafiədə diqqətli olub, onların qarşısını almalıyıq". 

Qeyd edək ki, "Qəbələ" - "Krasnodar" matçı sabah saat 22:00-da "Bakcell Arena"da keçiriləcək.  

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-urfan-abbasov-quotba-mqcimizdn-ans-gozlycmquot-t46041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR