ADNSU-da tələbələrin elmi-texniki konfransı keçirilir

ADNSU-da tələbələrin elmi-texniki konfransı keçirilir
20:48 9 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrin 64-cü elmi-texniki konfransı keçirilir.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin 95 illiyinə həsr olunan konfransın açılış mərasimində universitetin rektoru, professor Mustafa Babanlı müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, bu sahənin inkişafı ilə bağlı fikirlərini bildirib, tələbələrə tövsiyələrini verib.
Digər çıxış edənlər də ADNSU-nun elm və təhsilimizə verdiyi töhfələrdən söz açıblar.
Bildirilib ki, konfransın “Geoloji kəşfiyyat”, “Kimya və kimya texnologiyası”, “Avtomatika və informatika”, “İqtisadiyyat və idarəetmə”, “Energetika” və digər bölmələrində tələbələrin ümumilikdə 328 məruzəsi dinləniləcək.
Fərqlənən tələbələr mükafatlandırılacaqlar.
Konfrans dekabrın 11-də başa çatacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR