"Qəbələ"nin futbolçularını yaxşı tanıyıram"

"Qəbələ"nin futbolçularını yaxşı tanıyıram"
20:52 9 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Krasnodar” sabah “Qəbələ”nin qonağı olacaq. Matçdan öncə keçirilən mətbuat konfransında iştirak edən braziliyalı oyunçu bunları deyib: 

"Qəbələ"nin heyətində braziliyalı futbolçuların çıxış etdiyini bilirəm. Bir neçəsini yaxşı tanıyıram. Rikardinyo ilə İsveçdə bir yerdə oynamışıq. Dodo ilə də münasibətim var. Onlarla söhbətləşdik, yaxşı insanlardı. “Qəbələ”nin çox güclü müdafiə xətti var. Ucaboydular, fiziki cəhətdən güclüdülər. İlk oyunda onlara qarşı çətinlik çəkmişdik. Bu dəfə də yerlə oynamalıyıq. Çünki rəqibin müdafiəçiləri hava mübarizəsində güclüdülər”.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR