"Qəbələ"yə qarşı əsas heyətlə oynayacağıq"

"Qəbələ"yə qarşı əsas heyətlə oynayacağıq"
20:52 9 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Əlbəttə "Qəbələ"yə qarşı əsas heyətlə oynayacağıq. Sadəcə, zədəli futbolçularımız bu gün Bakıda deyil. Bunlar Torbinski, Ari və Bıstrovdu. Amma qalan futbolçular sıradadır". Fanat.az xəbər verir ki, bu sözləri "Krasnodar"ın baş məşqçisi Oleq Kononov deyib.


"Qəbələ" sabah Avropa Liqasında "Krasnodar"ı qəbul edəcək. Rusiya klubunun baş məşqçisi bu gün Bakıda mətbuat konfransı keçirib. Kononov matçla bağlı fikirlərini bildirib: "Qrupda birinci yeri tutmaq şansımız var. Bu, bizim "pley-off" mərhələsində "səpələnmişlər" səbətində yer almağımıza kömək edə bilər. Bu, üstünlükdü. Həm də qrupun həlledici matçında yaxşı oyun göstərib, qələbə qazanmaq istəyirik".


Fanat.az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquoty-qar-sas-heytl-oynayacaqquot-t46042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR