Hava şəraiti itkin düşən neftçilərin axtarışını çətinləşdirib

Hava şəraiti itkin düşən neftçilərin axtarışını çətinləşdirib
21:06 9 Dekabr 2015
54 Şou
Ölkə mətbuatı
A- A+

"Saat 20:00-a olan məlumata görə, "Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşən neftçilərin axtarışları davam edir, lakin təəssüflər olsun ki, yeni nəticə əldə olunmayıb".
 
Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

X.Məmmədov bildirib ki, əlverişsiz hava şəraiti, sərt dəniz havası, külək, dalğa xilasetmə tədbirlərini gecikdirir və axtarışları çətinləşdirib.

O, əlavə edib ki, hazırda yanğının söndürülməsi işləri də davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR