"Günəşli"dəki qəzada xəsarət alan neftçilər gələcəkdə işləyəcəkmi?

"Günəşli"dəki qəzada xəsarət alan neftçilər gələcəkdə işləyəcəkmi?
21:12 9 Dekabr 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağında baş verən yanğın nəticəsində xəsarət alan neftçilərin gələcəkdə fəaliyyət göstərib-göstərməyəcəkləri məsələsinə aydınlıq gətirilib.

Trend-in məlumatına görə, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov hadisə ilə bağlı keçirilən brifinqdə bildirib ki, hazırda xəsarət alan neftçilərin müalicələri davam etdirilir.

Onun sözlərinə görə, müalicə başa çatdıqdan sonra xəsarət alan neftçilərin sağlamlığı qiymətləndiriləcək: "Əgər onların sağlamlığı işləməyə imkan versə, öz işlərinə qayıdacaqlar. Əlil olmuş neftçilərin əlillik dərəcəsi isə müvafiq dövlət qurumları tərəfindən müəyyən olunacaq. Bu halda onlar həm əlillik dərəcəsinə görə müavinət alacaq, həm də onların sığortası var, buna görə də onlara müavinətlər veriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR