Azərbaycanda problem: "Hansı qadın özünə bunu sığışdırar?"

Azərbaycanda problem: "Hansı qadın özünə bunu sığışdırar?"
21:17 9 Dekabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Müasir dövrdə kişilərə hər mənada həsəd aparan qadınların sayı çoxalır. Çünki qadınlar da kişilər kimi işləmək, şəxsi həyatını yaşamaq, biznesə qatılmaq, bəlkə də oliqarx olmaq istəyirlər. Bunda nə var ki? Amma nədənsə ölkədə "biznes ledi"lər yox dərəcəsindədir.
"Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədr müavini Faina Hənəfiyevanın sözlərinə görə, ölkədə baş verən proseslər qadın sahibkarlarının da fəaliyyətinə təsir edir: "İstər-istəməz müəyyən məsələlərə görə, bəziləri öz sahibklarlığını ya ixtisar edir, ya azaldır, ya da ləğv edir. Prezidentin sahibkarların fəaliyyətinə artırdığı diqqətdən sonra bu sahədə həm kişi, həm də qadınlar üçün canlanma başlayıb. İstər-istəməz insanlar yeni ideyalar üzərində işləməyə, yeni biznes layihələr həyata keçirməyə başlayıblar".

F.Hənəfiyeva bildirib ki, sahibkarların üzləşdiyi problemlərdən danışanda qadın sahibkarları kişi sahibkarlardan ayırmaq düzgün deyil. Bu sahədə çətinlik olanda həm qadın, həm də kişi sahibkarların fəaliyyətinə təsir edir. 

"Ölkədə qadın sahibkarlığı sıxışdırılmır. Əksinə, istər dövlət qurumlarının, istərsə də yoxlamaya gələn aidiyyəti qurumların nümayəndələri sahibkarların qadın olduğunu görəndə onlara qarşı münasibətləri xoş olur. Məsələn, biri var ki, aidiyyəti qurum qadın sahibkarla görüşsün, biri də var ki kişi sahibkarla. İstər-istəməz qadına daha mərhəmətlə yanaşır, vəziyyətini başa düşürlər", - deyə müsahibim bildirib.  

Sədr müavini qeyd edib ki, qadın sahibkarlarının üzləşdiyi problemlər, əsasən, ailədən və məişətdən qaynaqlanır: "Əksər hallarda Azərbaycanın adət-ənənəsinə uyğun olaraq ailədə hər bir qadının himayədarı olan kişi var. Ya qardaşı, ya atası, ya da ki həyat yoldaşı. Onlar qadının işgüzar fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoya bilər. Ailə üzvləri tərəfindən qadına istədiyi arzuları həyata keçirməyə, sahibkarlıqla məşğul olmağa tam şərait yaradılmır. Məsələn, sahibkar qadın xaricə səfərlərə getməli, sərgilərdə iştirak etməlidir. Lakin həyat yoldaşı qoymur. Və yaxud da qadın iş adamı olduğu üçün kişilərin də olduğu işgüzar görüşlərə getməlidir. İşgüzar görüşlər həm iş saatlarında, həm də işdən sonra ola bilər. Qadınlar bunları edə bilmirlər. O məslələrdə ki kişilərin azadlıqları var, qadınlar xeyli məhdudiyyətlərlə üzləşir. 
Bu gün qadın sahibkarların problemləri nə dövlətdən, nə də yoxlamalardandır. Onların yeganə problemləri müəyyən adət-ənənələrin yaratdığı çərçivələr, məhdudiyyətlərdir. O məhdudiyyətləri keçə bilən, onu başa düşən həyat yoldaşı, qardaşı, ailə üzvləri olan qadın biznes sahəsində irəli gedir. Əks halda, sahibkar qadınlar əziyyət çəkirlər". 

Onun dediyinə görə, qadınların adı ilə açılan xeyli obyektlər və qurulan biznes sahələri olsa da, əksəriyyətində qadınların adından, sadəcə, istifadə olunur: "Əslində, real qadın sahibkarlar azdır. Digər problem ondan ibarətdir ki, qadınlar, əsasən, kiçik, maksimum orta müəssisələrin rəhbərləridir. İri müəssisələrin rəhbərləri arasında qadınları görmürük. Böyük korporasiya, holdinqlərin rəhbərləri arasında qadınlar barmaqla sayılası qədərdir. 
Qadın sahibkarlara, əsasən, xidmət və yaxud kiçik istehsal, tekstil kimi sahələrdə rast gəlinir". 

Hənəfiyeva bildirib ki, iri müəssisələrin sahibkarları arasında qadınların azlığı əllərində iri kapitalın olmamasıdır: "Qadın sahibkarlar kiçik müəssisəni aça, addım-addım onu inkişaf etdirə bilir. İllərlə zəhmət çəksə, onu maksimum orta müəssisəyə çevirə bilər. İri müəssisənin rəhbəri olması üçün qadının mülkiyyəti, kapitalı olmalıdır. Qadınlar bu maddi vəsaitə malik deyillər". 

Buna baxmayaraq, diaqnozların müsbət olacağını deyən müsahibim diqqətə çatdırıb ki, Azərbaycanda son illər iş adamlarının sayı artıb: "Bu iş adamlarının isə qız övladları var. Gələcək nəsl 15-20 ildən sonra müəyyən kapitalla bazara girəcək. Onların əllərində böyük kapital olduğuna görə iri müəssisələrə rəhbərlik etməyə başlayacaqlar. 
Bu gün də biz mətbuatda vəzifəli adamın və ya hansısa oliqarxın qızının moda və ya tekstil sahəsində yeni addımlar atmağa başladığını görürük. Hamı bilir ki, bu qadınların arxasında kapital və "güc" var. Onlar əgər uğurlu biznesmen olacaqlarsa, iri müəssiələrə çevrilmək şansları çoxdur. Ola bilər ki, bu məsələ 15-20 ilə öz həllini tapsın və biz artıq iri müəssisələrin rəhbərləri olan qadın sahibkarları görərik".

Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, "biznes ledi" deyəndə qadının milyonlar qazandığını təsəvvür edirik: ""Biznes ledi" işgüzar qadındır. Bir iş qurur, şirkət açır, rəhbərlik edir. Lakin bizdə belə qadınlar azdır. Bu da mentalitetlə bağlıdır. Başqa ölkələrdə biznes qadınları daha çoxdur. Bizdə son dövrlər qadınlara münasibətlərdə "yumşalma" getsə də, hələ ki, o səviyyəyə gəlib çatmamışıq. Qadınlara qarşı diskriminasiya hələ də var. Mentalitetə görə, qadın gərək mütləq evdə otursun, uşaqlara baxsın. Bu haqda danışsaq da, hansısa qadın yolda gedəndə ona sataşmaq, söz atmaq və s. Azərbaycanda normal sayılır", - deyə psixoloq bildirib ki, qadınların sıxışdırılması, əsasən, komplekslərdən irəli gəlir. 

D.Rzayevin fikrincə, "biznes ledi" üçün uyğun işgüzar şərait də olmalıdır: "Məsələn, Avropa və ya yaxın Gürcüstanda biznes qurmaq çox rahatdır. Xaricdən mal gətirirsiz, monopoliya yox, oliqarxlar yox. Burada bizneslə kişi məşğul ola bilmir, qaldı ki, qadın.
Çox səmimi deyirəm, bizdə qadın hansısa bir işini həll etmək istəyirsə, bəzi hallarda kişilər qadınlara intim münasibətlər təklif edir. Hansısa bir işi həll etmək üçün! Hansısa bir işi həll etmək üçün hansı qadın özünə bunu sığışdırar?
Əgər bizdə qadın yolnan keçərkən ona söz atırlar və sataşırlarsa, təsəvvür edin kişilər arasında bizneslə məşğul olanda nə olacaq?.." 

Aynurə Məmmədova
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İraqın Baş Qərargah rəisi Türkiyəyə yollandı

23 Sentyabr 2017 13:31

İraq kürdlərinin müstəqillik referendumunda online səsvermə başlayıb

23 Sentyabr 2017 13:29

44 yaşlı tovuzludan Bakıda 9 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL: saqqız alacam deyə apardı, zorladı və...

23 Sentyabr 2017 13:28

“Roma”nı udacağımızı deyə bilmərik" - MÜSAHİBƏ

23 Sentyabr 2017 13:27

Bill Geytsdən Ctrl+Alt+Delete etirafı

23 Sentyabr 2017 13:23

Uşaqların ən gülməli anları

23 Sentyabr 2017 13:23

ÇİN: Zavodda partlayış

23 Sentyabr 2017 13:18

DİQQƏT: İstirahət günü hava yağışlı olacaq

23 Sentyabr 2017 13:10

"CBC Sport"un rəhbəri evlənir: toy harda olacaq? - FOTO

23 Sentyabr 2017 13:07

Müğənni 61 yaşlı məşhur aparıcıdan hamilə qaldı, 5 min dollar alıb BUNU ETDİ

23 Sentyabr 2017 13:03

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

23 Sentyabr 2017 13:02

Hərbi təlimlərlə bağlı son məlumat

23 Sentyabr 2017 12:59

Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü

23 Sentyabr 2017 12:58

“Cənubtikintiservis”in səhmləri bu il 14% bahalaşıb

23 Sentyabr 2017 12:57

Qalın gödəkçələri evdə təmizləməyin 7 QIZIL QAYDASI

23 Sentyabr 2017 12:53

Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayır

23 Sentyabr 2017 12:52

Qadınları satan Vəfa kimdir?

23 Sentyabr 2017 12:52

Bakıda qoyun oğruları tutuldu

23 Sentyabr 2017 12:49

Aygünün qızı anasının konsertinə bu geyimdə GƏLDİ - FOTOLAR

23 Sentyabr 2017 12:48

Nazarov 90 dəqiqə oynadı

23 Sentyabr 2017 12:47

Millimizin heyəti açıqlandı

23 Sentyabr 2017 12:47

Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi

23 Sentyabr 2017 12:47

Çindən gözlənilməz addım

23 Sentyabr 2017 12:45

“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq

23 Sentyabr 2017 12:44

Lütfi Zadənin dəfninin təşkili Hacıbala Abutalıbova tapşırılıb

23 Sentyabr 2017 12:39

Şəhərin mərkəzində BİABIRÇILIQ: hamının gözləri qarşısında CİNSİ ƏLAQƏYƏ GİRDİLƏR - FOTO (18+)

23 Sentyabr 2017 12:38

Robot stomatoloq ilk əməliyyatını edib

23 Sentyabr 2017 12:35

2020-ci ildə Yer kürəsi sakininin hər birinə 4 internetə qoşulan qurğu düşəcək

23 Sentyabr 2017 12:35

“SOCAR Methanol” builki istehsal planının 80%-ni yerinə yetirib

23 Sentyabr 2017 12:32

ABŞ prezidentinin oğlu "Di Si Yunayted" klubunun uşaq komandasında futbol oynayır

23 Sentyabr 2017 12:32

Doğuş çatlarını azaldan təbii üsullar

23 Sentyabr 2017 12:30

Azərbaycan və Türkiyə döyüş təyyarələrinin TƏLİM GÖRÜNTÜLƏRİ - VİDEO

23 Sentyabr 2017 12:28

Sabah hava NECƏ OLACAQ?

23 Sentyabr 2017 12:23

İtkin düşən 13 yaşlı oğlanın axtarışları davam edir

23 Sentyabr 2017 12:19

ABŞ-ın bir addımlığındakı Rusiyanın MƏXFİ ÖLÜM BAZASI: kabus şəhər HAQDA BİLMƏDİKLƏRİNİZ - FOTO

23 Sentyabr 2017 12:18

Yeni Zelandiya parlamentinin üzvlüyünə azərbaycanlı namizəd: "Azərbaycanla əlaqələrin inkişafı üçün çalışacağam"

23 Sentyabr 2017 12:17

"Azərbaycan işğalla heç vaxt barışmayacaq" - Məmmədyarov

23 Sentyabr 2017 12:14

Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ

23 Sentyabr 2017 12:13

Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər?

23 Sentyabr 2017 12:09

"Baladadaşın toy hamamı" başlayır

23 Sentyabr 2017 12:09

Şimşək çaxacaq, yağış yağacaq - SABAH

23 Sentyabr 2017 12:04

Müdafiə Nazirliyi “TurAz Qartalı - 2017” birgə taktiki təlimlərinin görüntülərini yayıb

23 Sentyabr 2017 12:02

“Ziraat Bank (Azerbaijan)”ın Müşahidə Şurasının tərkibi tam yenilənib

23 Sentyabr 2017 12:02

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

23 Sentyabr 2017 12:02

"MOYKA"da rəzalət - işçini oturacağa bağlayıb...

23 Sentyabr 2017 12:02

Öskürəyin qarşısını almağın ən sadə və FAYDALI YOLU

23 Sentyabr 2017 11:58

Yevlaxda 33 yaşlı kişi yaralı vəziyyətdə su kanalından tapılıb

23 Sentyabr 2017 11:57

“TurAz Qartalı - 2017” təlimi davam edir - VİDEO

23 Sentyabr 2017 11:54

6 illik ərini cavan oğlana dəyişən TUBA BÜYÜKÜSTÜN haqqında YENİ İDDİA – FOTO

23 Sentyabr 2017 11:53

VİDEO: Dayə 9 aylıq uşağa işgəncə verdi

23 Sentyabr 2017 11:52