Ölkənin gəlirləri azalır (VİDEO)

Ölkənin gəlirləri azalır (VİDEO)
21:31 9 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında qara qızılın qiymətinin enməsi Azərbaycan iqtisadiyyatına da təsir göstərir.

ANS TV-nin məlumatına görə, ölkə büdcəsinin 60 faizindən çoxu neftdən gələn gəlirlər hesabına formalaşır. London birjasında hazırda "Azeri Light" markalı neft 41.58 dollar civarında qərarlaşıb. Bu il üçün Azərbaycanın büdcəsində neftin bir bareli 90 dollardan hesablandığını nəzərə alsaq, hazırki qiymətlərlə müqayisədə isə bu 55 faizə qədər ucuzlaşma deməkdir.

Millət vəkili Vahid Əhmədov da təsdiq etdi ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqadər Dövlət Neft Fondunda gəlirlər azalıb. Bundan başqa hər il fonddan dövlət büdcəsində 11 milyard manat köçürülürdü, 2016-cı ildə isə bu rəqəm 6 milyard dollar təşkil edəcək.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366856

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR