Çempionlar Liqasında ölüm-qalım mübarizəsi

Çempionlar Liqasında ölüm-qalım mübarizəsi
22:26 9 Dekabr 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasının qrup mərhələsində sonuncu tura yekun vurulacaq.

ANS PRESS-in məlumatına görə, son oyun günündə səkkiz qarşılaşma keçiriləcək.

Bu oyunlardan sonra klubların qitənin ali yarışındakı aqibətinə aydınlıq gələcək. E qrupunun lideri olan və növbəti mərhələyə vəsiqəni təmin edən "Bareselona" rahatdı. Maraqlıdı ki, qrupun digər üç komandası, "Bayer", "Roma" və BATE-nin də növbəti mərhələyə çıxmaq şansı var. 5 xalı olan italiyalılar doğma azarkeşləri önündə BATE-ni qəbul edəcək. Qrupun digər oyununda isə "Barselona" səfərdə "Bayer"in qonağı olacaq.

F qrupunda mübarizə aparan "Bavariya” da növbəti mərhələyə vəsiqəni təmin edib. 9 xala malik olan "Olimpiakos" da almanların ardınca getməyə çox yaxındı. Ancaq 6 xalı olan "Arsenal"ın da şansı var. Bunun üçün yunanlarla qarşılaşmalı olan London təmsilçisi səfərdə "Olimpiakos”u 2 top və ya bol qol olmaq şərtilə, 1 top fərqilə məğlub etməlidilər. Nəzərə alaq ki, İngiltərədə baş tutan qarşılaşmada qonaqlar yunanlar 3:2 hesablı qələbə qazanmışdı.


"Dinamo” klubu

Ən maraqlı mübarizə isə G qrupunda gedir. Çünki "Çelsi”, "Porto” və "Dinamo”sunun 1/8 finala adlamaq şansı var. Qrupun son oyununda "Çelsi" doğma azarkeşləri önündə "Porto"nu, "Dinano" isə "Makkabi"ni qəbul edəcək. Son turdan əvvəl ukraynalıların 8, Londonda üz-üzə gələnlərin isə 10 xalı var. Bu turda Kiyev təmsilçisi qalib gəlsə, Londonda isə heç-heçə qeydə alınsa, Ukrayna klubu növbəti mərhələyə adlayacaq. Çünki top fərqi də ukraynalıların xeyirinədi. Bir sözlə, kiyevlilər evdə israillilərlə oyunda xal itirməməlidi.

H qrupunda isə 5 oyuna 5 qələbə qazanan "Zenit" qrup birincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Cəmi 1 xalı olan "Lion" isə qrup sonuncusu kimi taleyi ilə çoxdan barışıb. Bu gecə isə "Gent" və ya "Valensiya"nın növbəti mərhələ uğrunda mübarizəsinə şahidlik edəcəyik. Belə ki, Belçika təmsilçisi lider "Zenit"i, ispanlar isə autsayder fransızları qəbul edəcək.


UEFA Çempionlar Liqası, qrup mərhələsi
VI tur
9 dekabr

E qrupu

23:45. "Roma” (İtaliya) – BATE (Belarus)
23:45. "Bayer” (Almaniya) – "Barselona” (İspaniya)


F qrupu

23:45. "Dinamo” (Zaqreb, Xorvatiya) – "Bavariya” (Almaniya)
23:45. "Olimpiakos” (Yunanıstan) – "Arsenal” (İngiltərə)


G qrupu

23:45. "Çelsi” (İngiltərə) – "Porto” (Portuqaliya)
23:45. "Dinamo” (Kiyev, Ukrayna) – "Makkabi” (Təl-Əviv, İsrail)


H qrupu

23:45. "Gent” (Belçika) – "Zenit” (Rusiya)
23:45. "Valensiya” (İspaniya) – "Lion” (Fransa)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR