Fransanı qana bulayan terrorçu (FOTO)

Fransanı qana bulayan terrorçu (FOTO)
23:31 9 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 13-ü axşam saatlarında Fransanın paytaxtı Parisdə teror hadisələrini törədən kamikadzelərdən 3-cüsünün şəxsiyyəti məlum olub.

ANS PRESS-in verdiyi məlumata görə, bu şəxsin Strazburq da anadan olmuş 29 yaşlı Fuad Məhəmməd Aggad olduğu bildirilir. Əldə edilən məlumatlara görə, qardaşı ilə birlikdə 2013-cü ildə Suriyaya köçən Aggad qanlı olayın əsas səbəbkarlarından biridir.

Qanlı haisələri törədən digər iki nəfərin - İsmail Ömər Mostefa və Sami Amimour adlı kamikadzelərin kimliyi isə artıq məlumdur. İsmail Ömər Mostefanın təvəllüdü və doğulduğu yer haqqında məlumatda qeyd edilib ki, o, 1985-ci il noyabrın 21-də Fransanın Eson vilayətində anadan olub.

Lakin terrorda adı hallanan şəxslər təkcə onlar deyil. Bildirilir ki, cinayətkarlardan biri Abdulbake B. adlı şəxs olub. Mətbuat onun haqqında başqa heç bir məlumat yaymayıb.



Parisdə törədilən terror hadisəsini İŞİD terror təşkilatı öz üzərinə götürüb. Teror hadisəsini təşkil edənlərdən biri Salah Abdeslam hələ də axtarışdadar. Baş verən qanlı hadisələrdən sonra onun Belçikaya, oradan da Suriyaya getdiyi barədə fikirlər söylənilir.

Məlum terror hücumları əsas “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi yerlərdə baş verib. Hadisə nəticəsində 132 nəfər dünyasını dəyişdi 300 qədər insan isə xəsarət aldı.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366859

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR