Elza Seyidcahan həlak olan neftçilərdən danışdı

Elza Seyidcahan həlak olan neftçilərdən danışdı
23:32 9 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Bəstəkar-müğənni Elza Seyidcahan "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş verən yanğın nəticəsində yaşanan faciə ilə bağlı öz təəssüratlarını bölüşüb: "Son günlər hamımız kədərli hadisələr yaşadıq. Başımız sağ olsun, həlak olanların ruhu şad olsun. Mən onlara şəhid deyirəm... Bu hadisə mənə daha çox pis təsir etdi, gözümün qarşısında o hadisəni canlandırdım. Çünki dəfələrlə neft daşlarında konsertlərdə iştirak etmişəm. Konsertdən sonra şəhərə geri dönən zaman bir həftə özümə gələ bilmirdim. Çünki onların hansı şəraitdə işlədiklərindən həyəcanlanırdım. Buna görə hər zaman onların zəhmətlərini böyük dəyərləndirirdim, onlar əsl qəhrəmanlardır. 

Hətta orda bir pişik də görmüşdüm. Qaçıb binanın altında gizlənirdi. Ona baxanda böyük bir təəccüblə fikirləşirdim ki, torpaq üzərində yaşamaq onun qisməti deyilmiş, qisməti dəryanın ortasında yaşamaq imiş . Elə o pişik də  sanki mənə qəhrəman kimi gəlmişdi...
Nə deyə bilərik təbii fəlakətdir, ruhları şad olsun, onların da qisməti, yazısı belə imiş. 
Mətbuatdan oxudum ki, onların ailələlərinə, övladlarına yardımlar ediləcək, çox sevindim".

Milli.Az musavat.com-a istinadən bildirir ki, Elza Seyidcahan "Yanmış pianinonunu fəryadı" əsərini eyni zamanda həlak olan və itkin düşən neftçilərə də ithaf etdiyini bildirib: "Yadınızdadırsa yanan bina ilə bağlı mən (bu ilin mayın 19-da paytaxtın Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğını nəzərdə tutur X.G) "Yanmış pianinonunun fəryadı" əsərini yazdım. Arada çoxlu layihələr oldu deyə əsər bu günədək hələ ki, səslənməyib. Deyim ki, əsər ciddi bir layihədir və bütün şəhidlərimizə , o cümlədən uzun illər bundan öncə, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində vertolyot qəzasında həlak olan azərbaycanlı ziyalılarının ruhuna ilthaf etmişəm. 

"Yanmış pianinonunun fəryadı" kompozisiyasında üç bəstəkarın əsəri yer alıb - Betoven, Fikrət Əmirov, Elza Seyidcahan".

Bəstəkar-müğənni yaradıcılığındakı son yeniliklərdən də bəhs edib: "Bu günlərdə Ankaradan qayıtmışıq. Bildiyiniz kimi bu səfər  Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə təşkil etdiyi "Bir millət iki dövlət" layihəsi çərçivəsində olub. Layihə TRT-AVAZ vasitəsi ilə canlı olaraq yayımlandı. Orda biz yüksək mükafatlara layiq görüldük . Eyni zamanda səfər çərçivəsində Atatürkün qəbrini, Məhmət Akifin ev muzeyini ziyarət etdik, Türkiyəinin Qazaxıstan səfirliyində kitab təqdimatında, Azərbaycan səfirliyində, TÜRKSOY-un prezidenti ilə görüşlərimiz oldu. Qarşıda isə İstanbulda dekabrın 15-də uşaqlar üçün, 20-də isə böykülər üçün  Avroviziyanın türk versiyası olan "Turkvision" yarışması başlayır.  Hazırda ora getməyə hazırlaşırıq. Yarışmada tələbəm Mehman Tağıyev "İstanbul" mahnısını oxuyacaq. Mahnının sözləri Qənirə Paşayeva, musiqisi mənə məxsusdur. Mehman mahnıda həm vokal, estrada, həm də muğam bacarığını nümayiş etdirəcək, səhnəyə milli alətimiz olan qavalla çıxacaq. Bir sözlə onun çıxışı qeyri-adi olacaq. Mən arzu edir və inanıram ki, Azərbaycan birinici olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/389055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR