Avtobusda sərnişinlərdən birinin vəziyyəti pisləşib - VİDEO

Avtobusda sərnişinlərdən birinin vəziyyəti pisləşib - VİDEO
23:42 9 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Bəzi hallarda içtimai nəqliyyatda sərnişinlərdən halı pisləşən olduqda ona ilkin tibbi yardim düzgün göstərilmir. Belə olduqda da, sərnişinin vəziyyəti daha da pisləşir. Bəs ictimai nəqliyyatda sərnişinlərdən birinin hali qəfil pisləşsə sürücünün və sərnişinin üzərinə hansi məsuliyyət düşür? Sürücü və digər sərnişinlər bu anda nə etməlidir? Ona ilkin tibbi yardim necə göstərməlidirmi?

Avtobusda sərnişinlərdən birinin vəziyyəti pisləşib.

Onu tanımayan, xəstəliklərinə bələd olmayan digər sərnişinlər isə kömək etməyə çalışır. Sürücü isə belə vəziyyətdə yola davam edir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, görüntülər Bakıda bir avtobusda qeydə alınıb. Sərnişinlərin təşvişə düşdüyü hadisənin sonunda sərnişin özünə gəlib və hamı rahat nəfəs alıb.

Bu hadisə "bənzər hallar baş versə ilkin yardım necə edilməlidir?" sualına şərait yaradır. Qaydalara görə, bu halların qarşısını vaxtında almaq üçün avtobuslarda tibb çanataları olmalıdır. Sürücü isə vəziyyəti pisləşən sərnişinə təcili yardım birqadası gələnə qədər ilkin tibbi yardım göstərməyi bacarmalıdır.

Sərnişinə ilkin tibbi yardım göstərildikdən sonra özünə gəlmədikdə sürücü digər sərnişinləri boşaldıb avtobusu ən yaxın tibb məntəqəsinə sürməlidir. Ancaq əksər sürücünün bundan xəbəri, avtobuslarda isə tibb antasından əsər əlamət yoxdur.

Həkimlər isə halı pisləşən şəxslə bağlı xəbərdarlıq edir, digər sərnişinlərin onun ətrafına toplaşmasının yanlış olduğunu deyirlər.

Belə hal yaşandıqda ilk növbədə Təcili Tibbi Yardıma xəbər vermək lazımdır. Bundan başqa, xəstəni açıq havaya çıxarmaq da tövsiyə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR