Bit dərmanı içmiş azərbaycanlı məmur öldü

Bit dərmanı içmiş azərbaycanlı məmur öldü
00:11 10 Dekabr 2015
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonunda dərmanla özünü öldürmək istəyən Xınalığın icra nümayəndəsi Fizuli Şərifov xəstəxanada dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Fizuli Şərifov bu gün axşam saatlarında Bakıda xəstəxanada keçinib.


Fizuli Şərifov - Xınalıq inzibati ərazi vahidliyi nümayəndəsi

Faktla bağlı Bakıda toplanan materiallarda Quba Rayon Prokurorluğuna araşdırılması üçün göndəriləcək. Hadisə Qubada baş verdiyindən işi Quba Rayon Prokurorluğu aparacaq. 4 uşaq atası olan icra nümayəndəsi Fizuli Şərifovun külli miqdarda borcu olduğundan intihar etdiyi bildirilir.

Quba İcra Başçısının Xinalıq İ.Ə.V üzrə nümayəndəsi Füzuli Şərifov güclü zəhərlənmə diaqnozu ilə dekabrın 2-də Quba rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə çatdırılmışdı. Faktı təsdiq edən Quba rayon mərkəzi xəstəxanasının müalicə işləri üzrə baş həkim müavini Əlyar Sərvərov icra nümayəndəsinin çox ağır və huşsuz vəziyyətdə xəstəxanaya gətirildiyini bildiribmişdi.

Onun sözlərinə görə, reanimasiya şöbəsində bir neçə saat ciddi şəklidə ilkin tibbi yardım göstərilib. Füzuli Şərifov ağır vəziyyətdən çıxarılıb. Bundan sonra o, Bakidan çağırılmış toksikoloqun müşaiyəti ilə Bakidaki 1 nömrəli klinik xəstəxanasının toksikologiya şöbəsinə göndərilib. Əlyar Sərvərovun sözlərinə görə, o, neasidol adlanan maye halında olan 1 şüşə bit dərmanını içib. Xınalığın 53 yaşlı nümayəndəsi Füzuli Şərifovun hansı səbəbdən həyatına qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Qubanın hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Quba rayon prokurorluğundan 4 uşaq atası olan icra nümayəndəsi Füzuli Şərifovun intihara cəhd etməsi təsdiqlənsə də hadisənin baş verməsinin tam təfərrüatlarının araşdırmalardan sonra məlum olacağı bildirildi.







Ayaz Səfərov - Reanimasiya şöbəsinin müdiri və ANS PRESS-in əməkdaşı Aytəkin Alxaslı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR