"Yuventus"un futbolçusu Paulo Dibala "Barselona" və "Real"ın maraq dairəsindədir. Goal.az "Tuttosport"a istinadən xəbər verir ki, hər iki komandanın skautları Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Ramon Sançez Pishuan" stadionunda keçirilən "Sevilya" - "Yuventus" oyununda onu izləyiblər. Turin klubu yayda forvard üçün "Palermo"ya 32 milyon avro ödəmişdi. Bundan başqa siciliyalılar daha 8 milyon avro bonus şəklində ala bilər. Dibala bu mövsüm İtaliya A Seriyasının 14 turunda 7 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az