Cibgirlik "səhnə"si (VİDEO)

Cibgirlik "səhnə"si (VİDEO)
01:23 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Səudiyyə Ərəbistanında Banqladeş əsilli iki cibgirin göstərdiyi “peşəkarlıq” videokameralar tərəfindən görüntülənib.

Trend-in İHA agentliyinə istinadən verdiyi məlumata görə, cibgirlər bir hindistanlının cibindən 700 rial oğurlayıblar.

Oğrulardan biri guya telefonla danışaraq hindistanlının qarşısını kəsərək onun tarazlığını pozmağa çalışır. Arxadan yaxınlaşan digər oğru isə onun cibindən pulları götürür.

Oğrular hadisə yerindən uzaqlaşarkən qarət edilən adamın heç nədən xəbəri olmur.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR