Çempionlar Liqası: qrup mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR

02:24 10 Dekabr 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu dəfə E, F, G və H qruplarında mübarizə aparan komandalar meydana çıxıblar.

 

E qrupunda “Barselona” liderliyini və növbəti mərhələyə vəsiqəni artıq təmin edib. Son vaxtlar yaxşı günlərini yaşamayan “Bayer” “Barsa”nı qəbul edib. Leverkuzen klubu növbəti mərhələyə adlamaq üçün güclü rəqibinə qalib gəlməli idi. Ancaq almanların bütün cəhdlərinə baxmayaraq matç 1:1 hesablı bərabərliklə bitib.

Qrupun digər matçında “Roma” və BATE üz-üzə gəlib. Əldə olunan qolsuz heç-heçə "canavarlar"a sərf edib. Beləliklə bu qrupdan növbəti mərhələyə "Barselona" ilə birlikdə çıxan komanda "Roma" olub.

 

F qrupunda “Bavariya” növbəti mərhələyə vəsiqə ilə yanaşı, qrup birinciliyini də dəqiqləşdirib. “Olimpiakos” isə qrup ikincisi kimi 1/8 finala adlamağa daha yaxın olsa da, "Arsenal" inanılmazı gerçəkləşdirib. Mərhələ adlamaq üçün 2 və ya daha artıq qol vurmalı olan "topçular" bu vəzifənin öhdəsindən gəliblər. Arsen Vengerin yetirmələri səfərdə rəqibini 3 dəfə məyus etməyi bacarıblar. Digər matçda isə "Bavariya" Xorvatiyada "Dinamo"nu 2 qolla keçərək qrupu major notda bitirib.

 

G qrupunda son tur öncəsi qarışıq vəziyyət yaranmışdı. Belə ki, “Çelsi”, “Porto” və Kiyev “Dinamo”sunun 1/8 finala adlamaq şansı var. “Çelsi” “Porto” ilə  matçda qalib gələrək qrup birincisi kimi adını növbəti mərhələyə yazdırıb. “Dinamo” isə "Makkabi"nin məğlub edərək portuqaliyalıları qabaqlayıb pley-offa adlamağın sevincini yaşayıb.

 

H qrupunda “Zenit” qrup birinciliyini və liderliyini təmin edib. “Lion”un isə ÇL-dəki mübarizəni sonuncu pillədə başa vuracağı rəsmiləşib. Burda yeganə prinsipiallıq “Gent” və “Valensiya” arasında gedirdi. Belə ki, bu komandalardan biri qrup ikincisi kimi 1/8-ə, digəri isə Avropa Liqasına yollanacaqdı. 

 

"Gent" öz meydanında ambisiyasız "Zenit"ə qalib gəlib. "Valensiya" isə "Lion"a uduzaraq mərhələ biletini belçikalılara "bağışlayıb".

 

 

E qrupu

 

“Roma” (İtaliya) – BATE (Belarus) - 0:0

 

“Bayer” (Almaniya) – “Barselona” (İspaniya) - 1:1

Qollar: Çikarito, 23 - Messi, 20

 

 

1.

Barselona

6

4

2

0

15:4

14

2.

Roma

6

1

3

2

11:16

6

3.

Bayer Leverkuzen

6

1

3

2

13:12

6

4.

BATE

6

1

2

3

5:12

5

 

 

F qrupu

 

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Bavariya” (Almaniya) - 0:2

Qollar: Levandovski, 61, 64

 

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) - 0:3

Qol: Jiru, 29, 49, 67 (pen.)

 

1.

Bavariya

6

5

0

1

19:3

15

2.

Arsenal

6

3

0

3

12:10

9

3.

Olimpiakos

6

3

0

3

6:13

9

4.

Dinamo Zaqreb

6

1

0

5

3:14

3

 

 

G qrupu

 

“Çelsi” (İngiltərə) – “Porto” (Portuqaliya) - 2:0

Qollar: Markano, 12 (öz qapısına), Villian, 52

 

“Dinamo” (Kiyev, Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) - 1:0

Qol: Qarmaş, 16

 

1.

Çelsi

6

4

1

1

13:3

13

2.

Dinamo K

6

3

2

1

8:4

11

3.

Porto

6

3

1

2

9:8

10

4.

Makkabi Tel Aviv

6

0

0

6

1:16

0

 

 

H qrupu

 

“Gent” (Belçika) – “Zenit” (Rusiya) - 2:1

Qollar: Depotre, 19, Miliçeviç, 78 - Zyuba, 65

 

“Valensiya” (İspaniya) – “Lion” (Fransa) - 0:2

Qol: Kornet, 37, Lakazet, 76

 

1.

Zenit

6

5

0

1

13:6

15

2.

Gent

6

3

1

2

8:7

10

3.

Valensiya

6

2

0

4

5:9

6

4.

Lion

6

1

1

4

5:9

4

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR