Rusiya sualtı gəmidən İŞİD-i belə vurdu (VİDEO)

Rusiya sualtı gəmidən İŞİD-i belə vurdu (VİDEO)
02:31 10 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Dünən Rusiya müdafiə naziri Sergey Şoyqu ölkə başçısı Vladimir Putinə Suriyada terrorçuluğa qarşı gedən əməliyyat barədə geniş məlumat verib.

ANS PRESS-in məlumatına görə, görüşdə rus ordusunun rəhbəri terror qruplaşmasının mövqelərinə sualtı qayıqlar vasitəsi ilə raket zərbəsi olunduğunu qeyd edib.

Bu gün Rusiya müdafiə nazirliyi İŞİD terror qruplaşmasına Aralıq dənizində "Rostov-don" sualtı gəmisindən atılan raket zərbələrinin görüntülərini yayıb.

"İlk dəfə olaraq Aralıq dənizinin akvatoriyasından "Rostov-don" sualtı gəmisindən "Kalibr" qanadlı raketləri tətbiq etdik", - deyə Şoyqu bildirib. Nazirin sözlərinə görə, atılan bütün raketlər hədəfə tuş gəlib.


"Rostov-don" sualtı gəmisi

Rusiya ilk dəfə oktyabr ayında döyüşdə qanadlı raketlər tətbiq edib. Həm də ruslar bunu Xəzər dənizinin cənub-qərb hissəsindən həyata keçirib. Rusiya Xəzər dənizi akvatoriyasından Suriyadakı hədəflərə ən müasir qanadlı raketlərlə kütləvi zərbələr endirmişdi.



Rusiya donanması iki dəfə Xəzər dənizindən İŞİD terrorçu qruplaşmasının Suriyadakı mövqelərinə raket zərbələri endirib. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib. Nazir prezidentə məruzəsində Xəzər dəniz donanmasından atılan bütün 18 raketin terrorçuların hədəflərinə düşdüyünü qeyd edib. Bunun nəticəsində İŞİD terrorçu qruplaşmasının xeyli sayda canlı qüvvəsi ilə yanaşı hərbi texnikası məhv edilib.

Rusiya bundan əvvəl də Suriyadakı İŞİD mövqelərini Xəzər donanmasından bombardman etmişdi. Rusiya oktyabrın 7-də Suriya ərazisini Xəzər dənizindən bombaladığını açıqlamışdı. Müdafiə naziri Şoyqu elə həmin gün də bu barədə Putinə məruzə etmişdi.




Suriya xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR