AZƏRTAC-ın məqaləsi və videomaterialı Moskvada beynəlxalq mükafata layiq görülüb

AZƏRTAC-ın məqaləsi və videomaterialı Moskvada beynəlxalq mükafata layiq görülüb
03:48 10 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 10 dekabr, Kamilla Əliyeva, AZƏRTAC
Moskvada gənc jurnalistlərin “Qafqaz regionunun sülh gələcəyi: ümumi tarix və müasirlik” mövzusunda VI Beynəlxalq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-da müsabiqənin qalibləri arasındadır. Agentliyin multimedia və videoxəbərlər şöbəsinin müxbirinin məqaləsi və videomaterialı “1954-2015: bizim ümumi Qələbəmiz” nominasiyasında mükafata layiq görülüb.
AZƏRTAC-ın xəbər verdiyi kimi, yaradıcılıq yarışmasında Azərbaycan, Gürcüstan və Ermənistanın mətbu və elektron kütləvi informasiya vasitələrinin gənc əməkdaşları (35 yaşa qədər) iştirak ediblər. Müsabiqə işlərinin mövzusu Qafqaz regionu ölkələri ilə Rusiya arasında münasibətlərin iqtisadiyyat və siyasətdən tutmuş müasir texnologiyalar və humanitar sahəyədək bütün istiqamətləri əhatə edib.
Müsabiqə “İnforos” İnformasiya Agentliyi, Rusiya Millətlər Birliyi Konqresi və Şanxay Əməkdaşlıq Təşkilatı işgüzar klubunun birgə təşkilatçılığı ilə keçirilib.
Təkcə Qafqaz regionu ölkələrinin və Rusiyanın deyil, həm də bütün postsovet məkanının media həyatında əlamətdar hadisəyə çevrilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi Moskvadakı Xilaskar İsa Kafedral Kilsəsində keçirilib.
Müsabiqə çərçivəsində Kremlə, Qızıl meydana ekskursiya təşkil edilib, iştirakçı ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə “dəyirmi masa” keçirilib, müsabiqə iştirakçıları Dövlət Dumasında, habelə “Rossiya seqodnya” agentliyində olublar.
“İnforos” İnformasiya Agentliyinin baş direktoru Denis Tyurin mükafatlandırma mərasimdə bildirib ki, Qafqazın sülh gələcəyi bir çox baxımdan gənclərdən, həmçinin informasiyanın düzgün təqdimatından və jurnalistlərin obyektivliyindən asılıdır.
Bildirilib ki, müsabiqə Rusiya ilə Cənubi Qafqaz ölkələri arasında mehriban qonşuluq münasibətlərini inkişaf etdirir, habelə ölkələr arasında etimad və səmimiyyət mühiti yaradır.
Mükafatlandırma mərasimi Moskvadakı Azərbaycan və Gürcüstan etnomədəni təhsil komponentli 1331 nömrəli məktəbin şagirdlərinin konsert proqramı ilə davam etdirilib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZARTAC_in_meqalesi_ve_videomateriali_Moskvada_beynelxalq_mukafata_layiq_gorulub-909876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR