Ərdoğan İraqın ittihamlarına cavab verdi

Ərdoğan İraqın ittihamlarına cavab verdi
03:49 10 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Türk hərbçiləri İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 

“Hərbçilərimiz  Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə R.Ərdoğan bildirib.

 

Dekabrın 4-də Türkiyə Mosul yaxınlığında İŞİD-lə vuruşan kürd silahlılarına hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. İraqın baş naziri Heydər əl-Abadi isə Türkiyənin rəsmi Bağdaddan icazə almadığını bildirərək hərbçilərin çıxarılmasını tələb edib.

 

Qeyd edək ki, Başika Mosul şəhərindən 12 kilometr şimal-şərqdə yerləşir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR