Tacikistan Prezidentinə “Millətin Lideri” titulunun verilməsi ilə bağlı qanun layihəsi qəbul edilib

Tacikistan Prezidentinə “Millətin Lideri” titulunun verilməsi ilə bağlı qanun layihəsi qəbul edilib
04:33 10 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Düşənbə, 10 dekabr, AZƏRTAC 
Tacikistan parlamentinin aşağı palatası “Sülhün və milli bərabərliyin banisi-Millətin Lideri” adlı qanun layihəsini qəbul edib.
Aşağı palatanın sədri Şukurjon Zuxurov bildirib ki, dövlət başçısı Emamali Rahmonun ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş müharibəsinin dayandırılması sahəsində böyük rolu var.
O qeyd edib ki, ayrı-ayrı ölkələrdə böyük xidməti olan dövlət başçılarına Millətin Lideri, Millətin atası adının verilməsi praktikası var. Belə ki, ABŞ-da Corc Vaşinqtona, Türkiyədə Mustafa Kamal Atatürkə, Hindistanda Mahatma Qandiyə, Qazaxıstanda Nursultan Nazarbayevə belə adlar verilib.
Vurğulanıb ki, 16 maddədən ibarət qanunda Millətin Liderinə toxunulmazlıq hüququ və yüksək təqaüd verilir. Həmçinin həmin şəxs nəqliyyat və yaşayış sahəsi ilə təmin olunur, bütün xərclər dövlət büdcəsindən ödənilir.
Qanunda Millətin Liderinin muzeyi, kitabxanası və arxivinin yaradılması da nəzərdə tutulur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistan_Prezidentine_Milletin_Lideri_titulunun_verilmesi_ile_bagli_qanun_layihesi_qebul_edilib-909877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR