Akkor şirkəti dünyanın məşhur otellərinə sahib oldu

Akkor şirkəti dünyanın məşhur otellərinə sahib oldu
04:46 10 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın "Accor" şirkəti 2.6 milyard avro müqabilində dünyanın iri otellər şəbəkəsinə sahib olan holdinq şirkətinə sahib olub.

ANS PRESS-in məlumatına görə, dünyanın ən məşhur 3 otel brendi - "Fairmont", "Rabiz" və "Swissotel" məhz "Accor"a birləşən “FRHİ Holdinq"-ə məxsusdur.

Holdinqin mülkiyyətinə dünyanın 34 ölkəsindən 155 otel, o cümlədən Nyu-Yorkdakı məşhur "Plaza" hoteli daxildir. FRHİ holdinqin əsas mülkiyyətçiləri Qətər İnvestisiya İdarəsi və Səudiyyə Ərəbstanı "Krallıq Holdinq" Şirkətidir.

Bİrləşmə haqqında müqaviləyə əsasən onlar müvafiq olaraq 10.5 faiz və 5.8 faizlə "Accor" şirkətinin əsas səhmdarlarına çevriləcəklər. Razılaşmaya görə, "Accor" şirkətin alınması üçün 786 milyon avronu nağd şəkildə, qalan 1.8 milyar avro məbləği isə 46.7 milyon yeni səhm buraxmaqla ödəmiş olacaq.

Bağlanmış əqd, son illər qlobal otel sənayesi sektorunda qeydə alınan ən iri konsolidasiya sövdələşməsidir.

Bundan əvvəl "Marriott İnternational" şirkətlər qrupu 12 milyard dollar müqabilində "Starwood Hotels & Resorts" otellər şəbəkəsinə sahib olmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR