ABŞ girovlardan xəbərsizdir

ABŞ girovlardan xəbərsizdir
10:51 30 Dekabr 2014
69 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda saxlanılan Dilqəm Əsgərov və şahbaz Quliyeə "hökm" oxumasından xəbərsizdir. ANS PRESS-in ABŞ bürosunun məlumatına görə, bunu ötən gün brifinq keçirən departamentin Jeff Ratke deyib.

Brifinqdə ANS-in Ermənistanda girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma məhkəmə prosesi və onlara verilən ədalətsiz qararala bağlı sualını cavablandırmayıb.

"Mənim bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur. Bunu nəzərdən keçirərəm və brifinqdən sonra çalışaram nəsə öyrənim".

Maraqlıdır ki, Dövlət Departamentinin sözçüləri artıq 2-ci dəfədir ki, Azərbaycan girovları ilə bağlı suallarımızı cavabsız qoyur. "Azadlıq" radiosunun əməkdaşlarının istintqa çağrılmasından dərhal xəbər tutan Departament iyul ayından bəri girovluqda olan Azərbaycanlılar barədə isə hələ də məlumatsızdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR