Ukraynalı hərbçilər minaya düşdü

Ukraynalı hərbçilər minaya düşdü
06:54 10 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donetsk vilayətində hərbçiləri aparan maşın minaya düşüb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidmətinin nümayəndəsi Vladislav Voloşin bildirib.

 

“Hadisənin başvermə səbəbi və təfərrüatları müəyyənləşdirilir”, deyə  V.Voloşin bildirib. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir.

 

Qeyri-rəsmi mənbələr insident nəticəsində 7 nəfərin yaralandığını bildirir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR