Ərdoğan: "Türk hərbçiləri İraqda ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib"

Ərdoğan: "Türk hərbçiləri İraqda ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib"
07:27 10 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Türk hərbçiləri İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
 
"Hərbçilərimiz  Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib", deyə R.Ərdoğan bildirib.
 
Dekabrın 4-də Türkiyə Mosul yaxınlığında İŞİD-lə vuruşan kürd silahlılarına hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. İraqın baş naziri Heydər əl-Abadi isə Türkiyənin rəsmi Bağdaddan icazə almadığını bildirərək hərbçilərin çıxarılmasını tələb edib.
 
Qeyd edək ki, Başika Mosul şəhərindən 12 kilometr şimal-şərqdə yerləşir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR