Kim Çen Indan gözlənilməz etiraf

Kim Çen Indan gözlənilməz etiraf
07:29 10 Dekabr 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya hidrogen bombasına malikdir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu  Şimali Koreyanın başçısı Kim Çen In bəyan edib.

 

“Biz Vətənimizin müstəqilliyini və şərəfini nüvə və hidrogen bombaları ilə qoruya biləcək  qüdrətli dövlətə çevrilmişik”, deyə Kim Çen In Pxenyanda silah zavoduna baş çəkərkən bildirib.

 

O, həmçinin ölkədə hərbi sənaye kompleksinin inkişafının davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

Qeyd olunur ki, bu, Şimali Koreya tərəfindən hidrogen bombasının işlənib hazırlanmasına dair ilk məlumatdır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR