Putinin Türkiyə planı deşifrə oldu

Putinin Türkiyə planı deşifrə oldu
07:36 10 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin ölkəsinin Ermənistandakı hərbi bazasını daha gücləndirməsi Türkiyə mətbuatında da geniş müzakirəyə səbəb olub.

ANS PRESS-in məlumatına görə, Türkiyə mediası yazır ki, Rusiya helikopterlərinin İrəvana göndərilməsi Putinin Türkiyə ilə bağlı planının bir hissəsidir.

Qeyd olunur ki, noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələriqırıcısı Rusiyanın Su-24 bormbardmançı təyyarəsini vurandan sonra rəsmi Moskva Türkiyənin ətrafında hərbi gücünü daha da artırmağa başlayıb.

2014--cü ildə Ukraynadan ihlaq etdiyi Krım yarımadasına raketlər yerləşdirən, bu ilin sentyabr ayında Suriyanın Latakiya şəhəri yaxınlığında "Hmeymim" aviabazasına döyüş təyyarələri, modernləşdirilmiş tanklar və S-400 havadan müdafiə sistemlərini göndərən Rusiya dekabrın 8-də Ermənistana 14 ədəd helikopter göndərib.

Helikopterlər paytaxt İrəvan yaxınlığındakı Erebuni aviabazasına yerləşdirilib. Bunlardan 7 ədədi Mi24 (tanklara qarşı zirehli hücum helikopterləri), qalanı isə Mi8 tipli nəqliyyat helikopteridir. Mi24 helikopterlərinin sayının bu ilin axırına qədər 15 ədədə çatdırılması planlaşdırılır.


Erebuni hərbi bazası xəritədə

Suriyanın Tartus şəhərində dəniz hərbi bazası olan Rusiya bölgəyə 2,500 kilometr mənzilli "Kalibr" qanadlı raketlərlə təchiz edilmiş "Rostov-on-Don" adlı sualtı gəmi göndərib. Rusiya hərbi mənbələri bildirir ki, sualtı gəmi Rusiyanın Şimal donanmasından Qara dəniz donanmasına göndərilərkən Aralıq dənizinə yerləşdirilib. Rusiya bundan əvvəl Aralıq dənizinə S-300 raket komlekslərinin bənzəri olan havadan müdafiə sistemini daşıyan "Moskva" döyüş gəmisi ilə iki ədəd sualtı hərbi gəmi göndərmişdi.

Suriyadakı İŞİD və müxalif qüvvələrə sentyabrın 30-dan hava hücumları həyata keçirən Rusiya Əsəd rejiminin qala şəhəri olan Latakiya yaxınlığında "Hmeymim" avibazasından istifadə edir. Bu bazada 55-ə yaxın döyüş təyyarəsinin olduğu bildirilir. Bunlar Su-30 qırıcısı, Su-24, Su-25 və Su-34 bombardmançı təyyarələridir. Bazada 7 ədəd Mi-24, 5 ədəd Mi-8 tipli helikopter var. Təhlükəsizliyi Qara dəniz donanmasına bağlı 7-ci Dağ Piyada Bölüyü tərəfindən təmin edilən bazada "Pantser-S1", "Buk-M2", "S-200", "Peçora-2M", "S-400" havadan müdafiə sistemləri mövcuddur.


Mi-24 helikopteri

"Hmeymim" avibazasında 15 tankın və 30-a qədər zirheli avtomobilin olduğu bildirilir. Rusiya Homs yaxınlığında "Hmeymim" bazasından iki dəfə böyük yeni hərbi baza qurmağı planlaşdırdığına dair xəbərlər yayılıb. Bundan başqa Rusiya döyüş təyyarələri havadan havaya raketləri ilə təchiz edilib və bombardmançı təyyarələri qırıcılar müşaiyət edir.

Rusiya oktyabrın 7-də Xəzər dənizindən raketlərlə Suriyadakı İŞİD mövqelərinə zərbələr endirmişdi. Rusiyanın Xəzər dənizində 50 döyüş gəmisi var.

Rusiya Türkiyənin yaxınlığında yerləşən daha bir ölkədə Kiprdə də hərbi baa tikməyi planlaşdırır. Rusiyanın Kipr səfiri Stanislav Osadçi keçən həftə adada səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun kiprli həmkarından hərbi baza təsis etmək istədiyini açıqladı. Kipr tərəfi isə hələlik cavab verməyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR