​Maliyyə naziri Samir Şərifov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

​Maliyyə naziri Samir Şərifov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
08:32 10 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ İkitərəfli əməkdaşlığın inkişafı məqsədilə dekabr ayının 9-da Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini maliyyə naziri Samir Şərifov ilə görüşüb.
Səfirlikdən "Report"a verilən məlumata görə, Labardini səfirliyin iki ölkə arasında mövcud olan əlaqələrin gücləndirilməsinə yönəlmiş fəaliyyətindən söz açıb.
Bu xüsusda, qarşılıqlı yaxınlaşmaya xidmət edən milli mədəniyyətlərdə mövcud oxşarlıqlar qeyd olunub. Nazir S.Şərifov rəhbərlik etdiyi qurumun fəaliyyəti və milli iqtisadiyyatın əsas aspektlərindən danışıb. Görüşdə, həmçinin, hər iki dövlət iqtisadiyyatlarının hazırkı durumu və perspektivləri barədə müzakirələr aparılıb.
Tərəflər birgə maraq kəsb edən məsələlər haqqında fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin möhkəmlənməsinə dair istəklərini ifadə ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/maliyye-naziri-samir-serifov-meksikanin-azerbaycandaki-sefiri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR