Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
09:22 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,25 dollar yaxud 0,67% geriləyərək 37,26 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,15 dollar və ya 0,37% ucuzlaşaraq 40,11 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 42 dollar/barel olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/neftin-ucuzlasmasi-davam-edir11

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR