Azərbaycan Prezidenti İlham Əliyev “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub

09:23 10 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Pekin, 10 dekabr, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da “Huawei” şirkətinin Pekindəki Sərgi Mərkəzində olub.
Dövlətimizin başçısına məlumat verildi ki, bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. Burada “Huawei”in gələcək meyilləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir.
Mərkəzdə dörd sərgi bölməsi var. Bu bölmələrdə gələcək strateji danışıqlar, rəqəmsal fərd, rəqəmsal ev, çevik rəqəmsal biznes, mərkəzi əməliyyatlar təcrübəsi, informasiya texnologiyaları infrastukturu, rəqəmsal müəssisə və innovasiyalar barədə məlumat verilir. Bundan əlavə, “Huawei”in 2020-ci il üçün strategiyaları barədə də mərkəzdə ətraflı informasiya təqdim olunur.
Burada “Huawei”in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə canlı bağlantı yaradıldı.
Prezident İlham ƏLİYEV dedi:
-Mən sizi salamlayıram. Sizi görməyimə şadam. Bu gün sizinlə Pekindən, “Huawei”in ofisindən danışıram. Çox şadam ki, “Huawei” Azərbaycanda uğurlu fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir.
Bu yaxınlarda mən “Bakutel” sərgisində “Huawei”in stendində də olmuşam. Burada da indi yeniliklərlə tanış oluram və gördüklərim mənə çox xoş təəssürat bağışlayır. Əminəm ki, “Huawei” Azərbaycanda gələcəkdə öz fəaliyyətini daha da genişləndirəcək. Sizə uğurlar arzulayıram.
Dövlətimizin başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına çox böyük diqqət yetirildiyini dedi və yaxşı nəticələr əldə olunduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, “Huawei” şirkətini Bakıda təmsil edən çox gənc komanda var. Həmin şirkətdə həm yerli, həm də Çin mütəxəssisləri çalışır və onlar xalqlarımız arasında dostluq münasibətlərini daha da mökəmləndirirlər.
Şirkətin Azərbaycan nümayəndəliyinin əməkdaşları dövlətimizin başısına ölkəmizdəki fəaliyyətləri və həyata keçirdikləri layihələr barədə məlumat verdilər.
Qeyd edək ki, “Huawei” Çində ən inkişaf etmiş böyük şirkətlərdən biridir. 1978-ci ildə yaradılan “Huawei” şirkətinin həlləri və məhsullarına naqilsiz, baza və nəqliyyat şəbəkələri avadanlıqları, şəbəkə cihazları, optik cihazlar, marşrutizatorlar, şəbəkə kommutatorları, tətbiqi proqramlar, aparat təminatı, terminallar və sair daxildir. Şirkət ildən-ilə öz uğurlarını artırır. Dünyada telekommunikasiya sahəsindəki yenilikləri öz fəaliyyətində tətbiq edən və bu sahəyə xüsusi töhfələrini verən “Huawei” 2006-cı ildə 3G daxil olmaqla yeni nəsil şəbəkələri seqmenti üzrə artım nümayiş etdirib. Elə buna görə də “Huawei” dünyada telekommunikasiya avadanlıqları istehsal edən ən böyük şirkət hesab edilir. İndi şirkətin müxtəlif ölkələrdə 20 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. “Huawei”in 170 mindən artıq əməkdaşı var. Onlardan 76 mini tədqiqatla məşğuldur. Şirkətin dünyada böyük populyarlığa malik olan məhsul və xidmətləri 140-dan çox ölkədə tətbiq olunur. Bu şirkət hazırda dünyanın 50 ən böyük telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir.
“Huawei” dünyada sosial layihələri ilə də məşhurdur. Şirkət müxtəlif ölkələrdə bir çox qurumlarla bağlı sosial layihələrin icrasında yaxından iştirak edib. “Huawei” bir çox transmilli şirkətlərə təhlükəsizlik xidmətləri də göstərir. Bir sözlə, “Huawei”in məhsulları böyük maraqla qarşılanır və bu məhsullara dünya bazarında güclü tələbat var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

QHT Şurası Mingəçevirdə regional konfrans keçirib

22 Sentyabr 2017 15:39

İradə İbrahimova gözəlliyi və pozaları ilə modellərə MEYDAN OXUDU - FOTO

22 Sentyabr 2017 15:38

"Kaşaqan" yatağında proqnozlaşdırılan hasilat ləngiyir

22 Sentyabr 2017 15:37

“Apple” şirkəti “iPhone 8” və “8 Plus” smartfonlarının satışına başlayıb

22 Sentyabr 2017 15:35

Dünyanın ƏN QƏRİBƏ toy geyimləri

22 Sentyabr 2017 15:33

İçərişəhərdə “Qız qalası” VII beynəlxalq incəsənət festivalı keçiriləcək

22 Sentyabr 2017 15:32

Hindistan hərbçiləri Kəşmiri top atəşinə tutub: 6 nəfər ölüb, 26 nəfər yaralanıb

22 Sentyabr 2017 15:32

Zəlzələdən sonra yaşananlar hər kəsi şoka saldı

22 Sentyabr 2017 15:29

“AAAF Park”la bağlı RƏSMİ AÇIQLAMA

22 Sentyabr 2017 15:28

“Bank VTB (Azerbaijan)” əmək haqqı kartlarının sahiblərinə kredit təklif edir

22 Sentyabr 2017 15:27

Nizami Baloğlanov: "Azərbaycanlıların Rusiya dövlət strukturlarına müraciətləri cavabsız qalıb"

22 Sentyabr 2017 15:22

Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq

22 Sentyabr 2017 15:22

SORĞU: Deyirlər ki, sabah dünya dağılacaq

22 Sentyabr 2017 15:20

Erməni deputatların Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirildi - FOTO

22 Sentyabr 2017 15:19

“AAAF Park”ın əmlakı siyahıya alınıb, rəhbəri isə Kosovodadır

22 Sentyabr 2017 15:17

Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib

22 Sentyabr 2017 15:17

® “Bank of Baku” Şənbə və Bazar günləri də müştərilərin xidmətindədir!

22 Sentyabr 2017 15:14

"Apple"dən daha bir yenilik

22 Sentyabr 2017 15:13

Azərbaycan üçün vacib 3 gün...

22 Sentyabr 2017 15:13

“Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında

22 Sentyabr 2017 15:09

“Total” SOCAR-ın mütəxəssisləri üçün seminarlar təşkil edib

22 Sentyabr 2017 15:07

Azərbaycandakı 81 neft-qaz yatağından 33-ü qeyri-işləkdir

22 Sentyabr 2017 15:04

“Mahmud Qaşqarlı” mükafatı təqdim edildi - FOTOLAR

22 Sentyabr 2017 15:03

Mübariz Qurbanlı: “Azərbaycanın orta məktəblərində dini fənnin tədrisi təklif olunur"

22 Sentyabr 2017 15:02

Yaşlı qadının protezini oğulayan şəxslər: "Peşmanıq"

22 Sentyabr 2017 14:59

Dahi şairimizin ev muzeyi söküldü

22 Sentyabr 2017 14:59

“Günəşli” yatağında daha bir quyu istismara qaytarılıb

22 Sentyabr 2017 14:57

Rəhbərinin həbs xəbəri yayılan "AAAF Park"da nə baş verir? - Şirkət rəsmisi Lent.az-a danışdı

22 Sentyabr 2017 14:54

Minsk qiyamı yatırmağa hazırlaşır: Lukaşenkonun MAYDAN QORXUSU

22 Sentyabr 2017 14:53

Azad Rəhimov “Minsk 2019” II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak edib

22 Sentyabr 2017 14:52

Əsas investorlar karbohidrogen aktivlərindən imtina edir

22 Sentyabr 2017 14:52

DİQQƏT: Məktəb direktorları üçün yeni layihəyə

22 Sentyabr 2017 14:52

Pərpətöyün turşusunun hazırlanması

22 Sentyabr 2017 14:49

İldə bir qadınla sevgili olan 60 yaşlı aparıcı haqqında BİLMƏDİKLƏRİNİZ - FOTO

22 Sentyabr 2017 14:48

Mixeil Saakaşvili Lvov məhkəməsinə gəlməyib

22 Sentyabr 2017 14:47

Abşeronda qadının protez dişlərinini oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

22 Sentyabr 2017 14:47

UCİ-a yeni prezident seçilib

22 Sentyabr 2017 14:47

Nadir Qafarzadə ölkədən getmək istəyir

22 Sentyabr 2017 14:45

Yüzillik müqavilə işə salınır: Ankaradan MÜHARİBƏ XƏBƏRDARLIĞI

22 Sentyabr 2017 14:43

Virtual reallıq dəstəkli ilk brauzer nümayiş olunub

22 Sentyabr 2017 14:35

Abşeronda 13 yaşlı bu oğlan yoxa çıxdı - FOTO

22 Sentyabr 2017 14:34

Ermənistan Müdafiə Nazirliyinin zabiti qəza törədib, məktəbli ölüb

22 Sentyabr 2017 14:32

“AAAF Park”ın rəhbəri həbs edildi

22 Sentyabr 2017 14:31

“Premium Travel” rəhbəri Aydın Əhmədov: "Novruz bayramına otellərdəki nömrələrin 90%-dən çoxu tutulub"

22 Sentyabr 2017 14:27

Azərbaycan torpaqları geri qaytarılır...

22 Sentyabr 2017 14:24

Gecə yolda uşaq gördü, maşını saxladı - BAŞINA GƏLMƏYƏN QALMADI

22 Sentyabr 2017 14:23

İsveçrə səfiri Bakıda qadın sığınacağı və gənclər mərkəzində olub

22 Sentyabr 2017 14:22

Qəbul imtahanlarının cavablarının yoxlanılmasında DƏYİŞİKLİK olacaq

22 Sentyabr 2017 14:18

2020-ci ildən “Ümid” yatağında ikinci özülün tikintisinə başlanılması planlaşdırılır

22 Sentyabr 2017 14:17

IEA: Elektrikli avtomobillərdən istifadə neft hətta 30 dollardan ucuz olmasa belə sərfəlidir

22 Sentyabr 2017 14:17