​Azərbaycanda yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı təsdiqlənib

09:37 10 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı 2014-cü ilin sentyabr ayında Avropa Regional Komitəsində Avropanın 53 ölkəsi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “2015-2020-ci illərdə Vaksinlərə dair Avropa Tədbirlər Planı”na əsasən hazırlanıb.
Azərbaycan üzrə profilaktik peyvənd təqvimi planına aşağıdakılar daxildir: 
1. Hepatit B- doğulduqdan 12 saat ərzində
2. BCJ, OPV - 4-7-ci gün
3. GDTHibHepB, OPV, Pk-2 aylıqda
4. GDTHibHepB, OPV-3 aylıqda
5. GDTHibHepB, OPV, Pk-4 aylıqda
6. Pk, İPV-6 aylıqda
7. QPM, Vitamin A-12 aylıqda
8. GDT, OPV, Vitamin A-18 aylıqda
9. QPM, ADT, Vitamin A-6 yaşda
Tədbirlər proqramının məqsədi vaksinasiya ilə qarşısı alına bilən yoluxucu xəstəliklərin profilaktikasının yaxşılaşdırılması, körpə və uşaq ölümünün səviyyəsinin aşağı salınmasından ibarətdir.
Tədbirlər proqramının əsas vəzifələri ölkədə bütün uşaqların peyvəndlərlə vaxtında və tam əhatə olunması, immunlaşdırma tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətinin artırılması, immunlaşdırma tədbirlərinin monitorinqinin təmin edilməsi, immunlaşdırma tədbirlərinin davamlı maliyyələşdirilməsi, keyfiyyətli peyvənd materialları və avadanlıqla təchizatının yaxşılaşdırılması, immunoprofilaktika sahəsində kadr hazırlığının təkmilləşdirilməsi, immunlaşdırma tədbirlərinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə əhali arasında maarifləndirmə işinin aparılmasıdır.
Tədbirlər proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Səhiyyə Nazirliyi həyata keçirəcək.
Səhiyyə Nazirliyi tədbirlər proqramının icrasına aidiyyəti beynəlxalq və qeyri-hökumət təşkilatlarının cəlb olunmasını təmin etməlidir.
Tədbirlər proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycanın dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/immunoprofilaktikasina-dair-tedbirler-proqrami-tesdiqlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR