10 ölkə təmsilçisi püşkü gözləyir

10 ölkə təmsilçisi püşkü gözləyir
09:42 10 Dekabr 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsinin iştirakçılarının tam siyahısı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qrup mərhələsinin son qarşılaşmalarından sonra 16 ən yaxşı komandanın adı bəlli olub.
 
Bu mərhələdə 10 ölkə təmsilçisi çıxış edəcək. 1/8 finalda İspaniya, İngiltərə hərəyə 3, Almaniya, İtaliya hərəyə 2, Rusiya, Portuqaliya, Hollandiya, Ukrayna, Fransa və Belçika 1 komandayla təmsil olunacaq.
 
Dekabrın 14-də keçiriləcək püşkatmada qrup qalibləri və ikinciləri fərqli səbətlərdə yer alacaq. Bu üzdən növbəti mərhələdə 1-ci yer sahibləri 2-ci yeri tutanlarla görüşəcək. Əsasnaməyə görə, ilk oyunlar ikincilərin meydanında baş tutacaq.
 
Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparanlar üz-üzə gələ bilməz.
 
Qrup qalibləri: "Real", "Atletiko", "Barselona" (hamısı İspaniya), "Volfsburq", "Bavariya" (hər ikisi Alrmaniya), "Mançester Siti", "Çelsi" (hər ikisi İngiltərə), "Zenit" (Rusiya)
Qrup ikinciləri: "Arsenal" (İngiltərə), "Yuventus", "Roma" (hər ikisi İtaliya), PSJ (Fransa), "Benfika" (Portuqaliya), "Dinamo" (Ukrayna), PSV (Hollandiya), "Gent" (Belçika).
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR